SOCAR-ın vitse-prezidenti:
"SGC ilə qaz Türkmənistan və İsraildən də nəql edilə bilər"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) əsas diqqətini Cənub Qaz Dəhlizinin (SGC) “ikinci faza”sına yönəldib.
Report-un məlumatına görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda bildirib.