“Xəzər” TV SOCAR-a verildi
“Xəzər” televiziyasının yeni rəhbəri, Xalq artisti Murad Dadaşovu kollektivə SOCAR-ın rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov təqdim edib.
BakuPost-a daxil olan məlumata görə, o çıxışında “Xəzər” TV-nın SOCAR media qrupuna daxil edildiyini bildirib.
Təqdimetmə mərasimində yeni rəhbərliyin televiziyada köklü islahatlar aparacağı vurğulanıb.
Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.
Oxunub: 390
Xəbəri paylaş
Paylaş: