Gürcüstanın müxalif partiya sədri həbs olunub
Nika Meliya
Report-un yerli bürosu xəbər verir ki, bununla bağlı Tbilisi Şəhər Məhkəməsi Baş Prokurorluğun müraciəti əsasında qərar qəbul edib.
Məhkəmə iclası 6 saata yaxın davam edib. N.Meliya prosesdə iştirak etməyib.
VMHP sədri deputat mandatından imtina etsə də, formal olaraq parlamentin üzvü olaraq qalır. Qanunverici orqan ötən gün N.Meliyanın deputat toxunulmazlığını ləğv edib.