Gürcüstanın baş naziri istefa verdi
Gürcüstanın Baş naziri Giorgi Qaxariya istefa verib.
Yerli KİV bildirir ki, bunu o, jurnalistlərə açıqlamasında deyib.
“Vəzifəmi tərk etmək barədə qərar qəbul etmişəm. Əlbəttə ki, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında qütbləşmənin azalmasına kömək edəcək...”, - deyə hökumət başçısı bildirib.
Qeyd edək ki, 45 yaşlı G.Qaxariya 2019-cu ilin sentyabrından Gürcüstanın Baş naziri idi./virtualaz.org
Oxunub: 354
Xəbəri paylaş
Paylaş: