Latviya Solovyovu "persona-non-qrata" elan etdi
“Rossiya1” telekanalının aparıcısı Vladimir Solovyovun Latviyaya girişi qadağan edilib. “RİA Novosti” xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviç tvitter səhifəsində bildirib.
“Rusiya Federasiyasının vətəndaşı Vladimir Solovyovun Latviya Respublikası üçün arzuolunmaz şəxslər siyahısına daxil edilməsi haqqında qərar qəbul etdim”, - E.Rinkeviç yazıb.
O deyib ki, “nasizmi tərifləmə” Latviya üçün qəbulolunmazdır.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: