Rusiya ilə Çexiya arasında diplomatik qalmaqal -
İki diplomata qarşı iki diplomat...
Rusiya Çexiya səfirliyinin iki diplomatını arzuolunmaz şəxs elan edib.
RİA Novosti bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar iyunun 17-dək ölkəni tərk etməlidirlər.
Qeyd edək ki, bu gün Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka XİN-ə çağrılıb. Səfirin nazirliyə çağrılmasına səbəb iyunun 5-də Rusiyanın Çexiyadakı səfirliyinin iki əməkdaşının persona non-qrata elan edilməsi olub.
Oxunub: 551
Xəbəri paylaş
Paylaş: