Əli İnsanov partiyasının təsis konfransını evində keçirdi –
Sabiq səfir və deputat ona müavin oldu
Globall.az Azpost.info saytına istinadla bildirir ki, bu barədə Ə. İnsanov məlumat yayıb.
Partiyanın Təşkilat Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə Təsis Konfransının keçirilməsi üçün 200 (iki yüz) nəfərlik bir yer ayrılması ilə bağlı müraciət etsə də, Bakı Meriyası cavab məktubunda konfransın keçirilməsi üçün müvafiq yeri özümüzün axtarıb tapmağı tövsiyə olunub. Konfransın Ə.İnsanovun evində keçirildiyi bildirilir.
Konfrans şəhər və rayonların seçilmiş sədrlərin iştirakı ilə keçirilib.
Təşkilat Komitəsinin sədri Əli İnsanov qeyd edib ki, partiyanın Təşkilat Komitəsinin yarandığı 24 noyabr 2019-cu ildən bəri respublikada 33 şəhər və rayon təşkilatları yaranıb.
Təsis Konfransına təqdim olunmuş partiyanın nizamnaməsi və proqramı ümumi səs vermə yolu ilə qəbul olunub.
Konfransda Əli İnsanovun Haqq Ədalət Partiyasının sədri vəzifəsinə namizədliyini irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub.
Daha sonra 15 nəfərdən ibarət İdarə Heyəti seçilib.
Onlar aşağıdakılardır:
İsa Sadıqov partiya sədrinin 1-ci müavini, İsfəndiyar Vahabzadə və Zəminə Dünyamalıyeva sədr müavinləri seçilib.
2) İsa Sadıqov – Müdafiə nazirinin sabiq müavini
3) İsfəndiyar Vahabzadə – Sabiq səfir
4) Zəminə Dünyamalıyeva – sabiq deputat
5) Rəşad Abbaslı
6) Fərrux Binətzadə
7) Elşən Bayramlı
8) Afina Əliyeva
9) Babək Adıgözəlov
10) İlqar Quliyev
11) Eyvaz Əliyev
12) Murad Muradov
13) Əfqan Sadıqlı
14) Bəhram Mehdiyev
15) Kamran CəfərovPaylaş: