Göyçə gölü ətrafında yüzlərlə qanunsuz obyekt tikilib
Ermənistan Baş prokurorluğu Göyçə gölü ətrafında yüzlərlə qanunsuz tikili ilə əlaqədar cinayət işi başlayıb.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, Göyçə gölünün yerləşdiyi 1 905 metr hündürlüyədək ərazidə ictimai təyinatlı 110 obyekt qanunsuz olaraq tikilib. Obyektlərin ümumi sahəsi 110 min kvadrat metr təşkil edir.
Araşdırmalar nəticəsində məlum olub ki, obyektlər əsasən 2011-2020-ci illər arasında tikilib.
Cinayət işi ilə bağlı araşdırma aparılır.
Oxunub: 418
Xəbəri paylaş
Paylaş: