AZAL Bakı-Dubay reyslərinə bilet satışına başladı
Azərbaycan Hava Yolları aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edib.
Bu barədə Axar.az-a Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildiriblər.
Uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə – birinci və beşinci günlər yerinə yetiriləcək.
Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: