Ramiz Mehdiyevin həyat yoldaşına qarşı məhkəmə:
ŞƏRAB QALMAQALI
Bakı Kommersiya Məhkəməsində “Fireland Vineyards” MMC-nin rəhbəri Elmar Çingiz oğlu Səidovun Qalina Yuriyevna Mehdiyevaya qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.
Globall.az reporta istinadən xəbər verir ki, iclas hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub.
Baxış iclası martın 17-ə təyin edilib.
Qeyd edək ki, Elmar Səidov Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) qanuni təmsilçisidir. Mediada yayılan məlumatlara görə, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var və “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən həmin üzümdən istifadə edir. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, Q.Mehdiyeva və oğlu dəfələrlə kənd təsərrüfatı üçün subsidiya alıblar.
Bundan başqa, 2019-cu ildə “Fireland Vineyards” MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu milyonlarla mənimsəməyə yol verilməsi barədə də KİV-də məlumatlar yayılıb.
Xatırladaq ki, Qalina Yuriyevna Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşıdır.