Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Globall.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
T.Yaqublu hazırda "City Hospital"dadır.
Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkin baxış iclası keçirilib.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.