Lavrov Türkiyənin Turan planından danışdı:
"Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri..."
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Tarixi mənada fövqəlmilli bir varlıq olaraq Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil olan dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm. Əksinə, onların xarici siyasətinin bütün pafosu və fəaliyyət praktikası özlərinin milli dövlətini gücləndirməkdən ibarətdir”, – Lavrov bildirib.
Lavrov qeyd edib ki, Turan mövzusu Türkiyə və müvafiq dövlətlər, o cümlədən Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa dərindən nüfuz edib.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: