Lavrov Kipr rəsmiləri ilə görüşdü: Türkiyə ilə əlaqələr...
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Cənubi Kipr Prezidenti Nikos Anastadiasis və XİN rəhbəri Nikos Kristodoulideslə görüşüb.
Görüşdən sonra keçirilən brifinqdə S.Lavrov rəsmi Moskvanın Türkiyə və digər Aralıq ölkələri ilə aralarındakı münasibəti nizamlamaq üçün dialoq körpüsü qurmağa hazır olduğunu bir daha söyləyib.
Eyni zamanda rusiyalı nazir ABŞ-ın “Yanımızda olmayanlar bizə qarşıdır” prinsipindən narahatlığını dilə gətirib. O qeyd edib ki, ABŞ bununla Aralıq dənizinin şərq hissəsində yerləşən ölkələri bir-birinə qarşı təhrik edir./axar.az
Oxunub: 523
Xəbəri paylaş
Paylaş: