Dünyada koronavirusa yoluxanların sayı 111 milyonu keçdi
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 111 milyon 249 min 707 nəfərə çatıb.
Məlumatı “Worldometers” saytı yayıb.
Bildirilir ki, pandemiya qurbanlarının sayı 2 milyon 463 min 654 nəfərdir. İndiyədək 86 milyon 123 min 642 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 603 813 nəfər virusa yoluxub, 507 746 pasiyent dünyasını dəyişib.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm Rusiyada (82 396 nəfər), İranda (59 341 nəfər) və Türkiyədə (27 903 nəfər) qeydə alınıb.
Azərbaycanda isə koronavirusa yoluxan 232 829 nəfərin 3 193-ü ölüb, 227 472-si sağalıb.
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: