Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxdu:
3 nəfər vəfat etdi
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir.
Ölkədə son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116 test aparılıb.
Oxunub: 356
Xəbəri paylaş
Paylaş: