Gürcüstan müxalifəti mitinq keçirəcək
Gürcüstan müxalifəti bu gün saat 15:00-da hökumət binasının qarşısında mitinq keçirməyi planlaşdırır.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Xatiya Dekanoidze bildirib.
Onun sözlərinə görə, bu gün bütün dünya Nika Meliyanın həbsi məqsədilə VMHP-nin ofisinə polis basqınını gördü: “Ölkənin və uşaqların taleyinə biganə olmayan hər kəsi hökumət binasının qarşısına gəlməyə çağırıram. Biz vətənimizin azadlığı naminə mütləq mübarizə aparmalıyıq”.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: