Bayden ABŞ-da beş günlük matəm elan etdi
ABŞ Prezidenti Co Bayden ölkədə koronavirusdan ölənlərin sayının yarım milyona çatması ilə əlaqədar beş günlük matəm elan edib.
Bu barədə “RİA Novosti” dövlət başçısının mətbuat katibi Cen Psakiyə istinadən məlumat yayıb.
Məlumata əsasən, ABŞ ərazisində növbəti beş gün ərzində dövlət bayrağı endiriləcək.
Xatırladaq ki, ABŞ koronavirus qurbanlarının sayına görə dünyada birinci yeri tutur.
Onu da qeyd edək ki, Ağ Ev rəhbəri bundan əvvəl ABŞ-da koronavirusdan ölən insanların ümumi sayının yaxın günlərdə 500 min nəfəri keçəcəyini bildirmişdi: "Bir neçə gün sonra 500 000 sayı keçəcəyik. Bu, İkinci Dünya Müharibəsində öldürülən amerikalıların sayından təxminən 70 000 çoxdur".
Yeri gəlmişkən, TMZ nəşri iddia edir ki, İkinci Dünya müharibəsində 291 min amerikalı həlak olub. ABŞ Vyetnamdakı müharibədə 47 434, Koreya müharibəsində isə 33 739 əsgər və zabitini itirib.