GENERAL: “Rusiya qonşu ölkələrə qarşı gücdən istifadə edir”
“Rusiya şəxsi hərbi şirkətlər kimi qeyri-ənənəvi vasitələrdən istifadə etməklə ABŞ-ı qorxutmağa, zəiflətməyə və müttəfiqlərlə münasibətlərini korlamağa cəhd edir”.
Bunu ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının və NATO-nun Avropadakı birləşmiş hərbi qüvvələrinin baş komandanı, general Tod Uolters deyib.
General bildirib ki, Rusiya ABŞ və onun Avropadakı müttəfiqlərinə təhlükə təşkil edir, həmçinin dünyadakı duruma mənfi təsir edir:
“Bütün tərəflərdən beynəlxalq ictimaiyyətin qınamasına, iqtisadi sanksiyalara baxmayaraq, Rusiya bu hərəkətlərinin bir çoxunu Avropada icra edir. Rusya həmçinin keçmiş sovet dönəmindəki təsir dairəsini saxlamağa cəhd edir, qonşu ölkələri məcbur etmək üçün gücdən istifadə edir”.
Oxunub: 359
Xəbəri paylaş
Paylaş: