Polşa ordusunun komandanı da koronavirusa yoluxdu -
COVİD-19 GENERALLARL TƏQİB EDİR
Polşa silahlı qüvvələrinin komandanı, general Yaroslav Miki də koronavirus aşkarlanıb.
Bu barədə Polşa Müdafiə Nazirliyi özünün Twitter səhifəsindən məlumat yayıb.
Bildirilir ki, Polşa Müdafiə Nazirliyinin rəhbəri Almaniyadakı toplantı zamanı yoluxub. “Almaniyadakı hərbi toplantıdan qayıdandan sonra general Mikidə koronavirus aşkarlanıb. Onu müşaiyət edən bütün şəxslər təcrid olunub”,-məlumatda deyilir.
Bundan əvvəl Polşada koronavirusa 17 yoluxma halı təsdiqlənmişdi. General Yaroslav Miki son günlərdə Avropada sürətlə yayılmaqda olan Covid-19 virusuna yoluxan ilk komandan deyil. Xatırladaq ki, ABŞ ordusunun Avropadakı qüvvələrinin komandanı, general Kristofer Kavoli də koronavirusa yoluxub. General Kavolinin də məhz Almaniyadakı həmin hərbi toplantı zamanı yoluxduğu bildirilir.
Habelə daha əvvəl İtaliya ordusunun Baş qərargah rəisi, general Salvatore Farina da virusa yoluxmuşdu. O, özünü artıq yaxşı hiss etdiyini açıqlamışdı.