İlham Əliyev Qarabağdakı sülhməramlılardan DANIŞDI
“Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir”.
Bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı qeyd edib ki, sülhməramlı missiyanı Rusiya tərəfi icra edir:
“Hesab edirəm ki, onlar bu işi müvəffəqiyyətlə icra edirlər. Hərdənbir bəzi problemlər yaşanır. Ancaq ümumilikdə qənəatbəxş hesab oluna bilər. Fəaliyyət 5 il müddətində nəzərdə tutulur. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək”.
Prezident bildirib ki, Azərbaycan ərazisində digər dövlətin qoşunun yerləşdirilməsi müzakirə mövzusu deyil.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: