Almaniya hərbçiləri Əfqanıstanda azı 10 ay da qalacaqlar
Almaniya hökuməti bundesverin Əfqanıstandakı mandatını ən azı 10 ay üçün də təsdiqləyib. Qanun layihəsi hələ Bundestaq tərəfindən bəyənilməlidir, amma qüvvədə olan mandat martın sonunda başa çatır («Deutsche Welle»).
Bundesverin Əfqanıstandakı əsgərlərinin sayı 1300 nəfəri adlamamalıdır. Kansler kabinetinə təklif olunan qanun layihəsinə əsasən, Almaniya əsgəri bu ölkədə yanvarın 31-nə (2022) qədər qala biləcək.
Almaniya əsgəri Əfqanıstana 11 sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında (ABŞ) törədilmiş terror aktından sonra göndərilib. Elə həmin ilin dekabrında Bundestaq alman əsgərlərin NATO qüvvələri tərkibində Əfqanıstanda iştirakına ilk mandatı verib.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: