4 ölkədə keçiriləcək Avropa çempionatının vaxtı açıqlandı
Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.
Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı xəbər verir ki, turnir 1 - 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcəklər. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.
Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiya olub.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: