Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək
  • "İstefa verməyəcəm" - Paşinyan
  • "Qarabağ münaqişəsinin sadə həlli yoxdur..."- Putin SSRİ rəhbərliyini günahlandırdı
  • Sülhməramlıların yeni görüntüləri yayıldı - FOTO
  • Putindən İlham Əliyev və Paşinyana Qarabağla bağlı ÇAĞIRIŞ
  • RUSİYA PUA SƏNAYESİNDƏ "İSKƏNDƏR"DƏN BETƏR "QISAQAPANMA"LAR...- TƏHLİL

    • Tarix: 28-02-2021, 13:30

    Rusiya PUA sənayesində


    Qarabağda Rusiya PUA-ları

    İkinci Qarabağ müharibəsi bitdikdən sonra, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar və bəyanatın mürəkkəbi qurumamış Qarabağ ərazisində Rusiya sülhməramlı kontingenti fəaliyyətə başladı.
    Əsas fəaliyyətini 3 ölkə rəhbərinin birgə imzaladığı bəyanata uyğun olaraq həyata keçirməli olan sülhməramlıların funksiyaları ilkin mərhələdə 3 rayonun boşaldılması ilə başladı, halbuki onların əraziyə yerləşməsi ilə erməni silahlılarının ərazidən çıxarılması paralel baş verməli idi. 3 rayonun boşaldılması, Kəlbəcərdəki 10 günlük ləngiməni və rayonun tamamilə yandırılmasını görməzdən gəlsək, qənaətbəxş hesab edilə bilər. Lakin erməni silahlıların həmin ərazilərdən bu günə qədər çıxarılmaması və sülhməramlıların aidiyyəti olmayan funksiyalarla məşğul olması heç bir halda Azərbaycanı qane edə bilməz.

    Bu proseslər ilkin mərhələdə nəzarətsiz formada, sülhməramlıların özünə aid fərdi proqramları əsasında həyata keçirilirdi. Hadisələrin bu gedişatını tənzimləmək üçün birgə Bəyanatda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin (RTBMM) yaradılması nəzərdə tutulmuşdu. 

    Rusiya və Türkiyə müdafiə nazirləri birgə Bəyanatın imzalanmasından bir gün sonra, noyabrın 11-də RTBMM-in yaradılması üçün anlaşma memorandumu imzaladılar. Təbii ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara nəinki nəzarət etməsinin, bu əməliyyatlarda hansısa şəkildə iştirakının və ya qatılmasının əleyhinə idilər. Çünki, bütün proseslərin həm yerinə yetirilməsi, həm də bu proseslərə nəzarət Rusiyanın kurasiyasına aid idi. Kremlə burada və indi Türkiyə kimi rəqib qətiyyən lazım deyildi. 

    Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı təklif etdiyi qanun layihəsinin qəbulundan sonra ərazimizdə Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verildi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda, məsələn Gəncə və ya Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam rayonun Mərzili kəndində açılmasına qərar verildi.
    2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Heyətlər vəzifələrini yerinə yetirmək üçün lazımı avadanlıq, əmlak, maddi və texniki vasitələr, həmçinin hərbi texnika ilə təchiz olunub. Hər iki tərəfdən Mərkəzdə xidmət aparan şəxsi heyətin tərkibində əməliyyatçı zabitlər, rabitə üzrə mütəxəssislər, tərcüməçilər, həmçinin pilotsuz vasitələrin operatorlar yer alır. RTBMM-in tərkibinə daxil olan heyət müxtəlif tipli müşahidə vasitələrindən istifadə edir.
    Bu dəfə Moderator.az oxucularına Rusiya hərbçilərinin istifadə etdikləri pilotsuz uçuş aparatları barədə məlumat verəcək. Mövcud vəziyyəti daha ətraflı əhatə etmək üçün əvvəlcə Rusiyanın PUA sektoruna və onun potensialına qısaca diqqət yetirək.

    Rusiyanın PUA sektoru

    1970-1980-ci illərdə Rusiyanın xələfi hesab edilən SSRİ PUA istehsalında liderlərdən biri olaraq nəzərdən keçirilirdi. Lakin SSRİ suqut etdikdən sonra bir çox digərlər sahələr kimi, Rusiyanın PUA sektoru da tənəzzülə uğradı.

    SSRİ-dən miras qalan bu sektor 2000-ci ilə qədər demək olar ki, tam durğunlüq dövrünü yaşadı. Rusiya sənayesi bir çox PUA təqdim etsə də, onların çoxu sınaq proqramından keçə bilmirdi. Silahlanmaya qəbul edilənlərin isə sayı az və imkanları məhdud idi. Rus dronları adətən digər ölkələrin məhsullarından çox zəif alınırdı, buna görə də Rusiya məşhur iştehsalçılarla birgə PUA yaratmaq üçün ortaq istehsal planlarını nəzərdən keçirməyə başladı.

    Rusiya PUA sənayesində İsrailin rolu



    Rusiya 2008-ci ildə baş verən Gürcüstanla müharibədə buraxılan boşluqları doldurmaq və malik olmadığı müasir tipli PUA-ların hazırlanması üçün İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti ilə şübhəli şərtlərlə pilotsuz uçuş aparatlarının alınması barədə müqavilə imzaladı. Əslində bu sahədə ilk əməkdaşlıq Cənubi Koreya ilə 1993-cü ildən mövcud idi, lakin naməlum səbəblərdən koreyalılar bu əlaqədən imtina etdilər.  

    2009-cu ildə İsrail ilə bağlanan müqavilənin dəyərinin təqribən 300 milyon dollar olduğu ehtimal edilir. İsrail Rusiyaya ən yeni versiyalar deyil, uzun müddət istehsal olunan versiyaları təqdim etdi. Bunlar çox köhnə olmasa da, ən yeni versiyalar da hesab edilə bilməzdi. İsrail müşahidə tipli PUA-larının texnologiyasını təqdim etsədə, zərbə tipli versiyaları Rusiyaya satmaqdan ümumiyyətlə imtina etdi. 

    2012-ci ildən sonra Ural Mülki Aviasiya Zavodunda IAI-nin “Searcher II” aparatının lisenziyalı kopyası lolan “Forpost” PUA-ları və idarəetmə stansiyasından ibarət olan kəşfiyyat kompleksinin yerli istehsalına başlandığı məlum oldu. 2014-cu ildə isə Rusiyada kəşfiyyat tipli ilk “Forpost” PUA-sının montajı başa çatdı. 

    Hazırda Rusiyanın Birgə Monitorinq Mərkəzində istifadə etdiyi iki növ pilotsuz vasitədən biri məhz “Forpost” PUA-larıdır. Ağdam rayonundakı Rusiya və Türkiyədən olan hərbçilər Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsə nəzarəti “Forpost” və “Orlan-10” PUA-larlı ilə həyata keçirirlər. Birgə Monitorinq Mərkəzi bu PUA-ların köməyi ilə atəşkəs rejiminə və baş verə biləcək insidentlərin aradan qaldırılmasına nəzarət edir, sabitliyin pozulması hallarını qeydə alır, bununla bağlı məlumatların toplanmasını, onların emalını, inteqrasiyasını və təsdiqlənməsini təmin edir. Qarabağda istifadə olunan PUA-lar Rusiyanın Mərkəzi Hərbi Dairəsinin tabeliyində olan hərbi hissəyə aiddir.
     
    Forpost

    “Forpost” PUA-sının əsas vəzifəsi döyüş zonasında havadan kəşfiyyat aparmaq və artilleriya atəşini tənzimləməkdən ibarətdir. Onun ilk modeli 1990-cı ildə İsrailin IAI şirkəti tərəfindən Asiya Aerokosmik Mərkəzində ictimaiyyətə təqdim edilib. 1992-ci ildə İsrail Müdafiə Qüvvələri tərəfindən 200 ədəd bu PUA-dan əldə edilib. Bir sıra ölkələrə, o cümlədən Azərbaycana da ixrac edilib.



    2014-cü ilin yanvar ayından etibarən, 6 ədəd “Forpost” və yerüstü idarəetmə stansiyası, Kamçatkanın Elizovo aviabazasında yaradılan pilotsuz uçuş aparatlarının dəstəsində xidmətə başlayıb.

    “Forpost” porşenli mühərrikə malik və hazırda Rusiya ordusunda aktiv istifadə olunur. “Forpost” PUA-ları həm ənənəvi hazırlıqsız uçuş zolağından, həm də pnevmatik katapultdan və ya JATO raket sürətləndiricisondən istifadə edilərək havaya buraxılır.

    2017-ci ilin sonuna qədər Rusiyada xaricdən gətirilən komponentlər hesabına, hər birində üç pilotsuz vasitə olan 30-a yaxın “Forpost” kompleksi rus qoşunlara təslim edilib. 

    Modifikasıyası

    Rusiyaya sanksiyaların tətbiqi İdxal komponentlərini yerli məhsullarla əvəz etmək zərurəti yaradıb.  2019-cu ildən etibarən yalnız rus komponentlərindən yığılan “Forpost- R” versiyasının hazırlanması planlaşdırılsa da, onun silahlanmaya qəbulu və ya hansısa döyüş bolgəsində, o cümlədən Qarabağda istifadəsi haqqında rəsmi məlumata açıq mənbələrdə rast gəlinmir.  

    Rusiya Müdafiə Nazirliyi 500 kq qalxma kütləsinə malik “Forpost-R” PUA-sının 6000 metrə qədər yüksəklikdə 18 saata qədər uça biləcəyini açıqlayıb. “Forpost-R”-in ilk uçuşunun videosu da yayımlanıb. Rusiya mənbələrindən verilən məlumata görə, rus proqram təminatı ilə yerli komponentlərdən hazırlanan PUA-da APD-85 mühərrikindən istifadə edilir. 2020-ci ildə Rusiya ordusunun silahlanmasına bu PUA-nın qəbul edilməsi planlaşdırılsada, görünür bu hələlik mümkün olmayıb.

    Döyüş tətbiqi və itkiləri

    20 may 2015-ci il tarixində Ukraynanın Donetsk vilayətinin Peski kəndi yaxınlığında ilk "Forpost" (nömrəsi 923) məhv edildi. Ümumilikdə, son 1 ilə qədər Donbasda 905, 915, 916, 920 və 923 nömrəli 5 ədəd "Forpost" PUA-sı məhv edilib. Rusiya Suriyadakı Xmeymim hava bazasından büraxdığı “Forpost PUA”-larını hərbi əməliyyatı zamanı müşahidə məqsədilə istifadə edib. 2015-ci ildə onların 2 ədədi mənv edilib. “Conflict Intelligence Team” qrupunun məlumatına görə 12 yanvar 2018-ci ildə “Forpost” PUA-sı Suriyada müxaliflər tərəfindən vurulub. Həmin ilin 11 iyulunda isə İsrail HHM qüvvələri başqa bir “Forpost PUA”-sını ölkənin hava məkanı sərhədləri daxilində məhv edib. 

    Taktiki-Texniki Xüsusiyyətləri

    Qanad açılımı: 7.22 m;
    Uzunluğu: 5.15 m;
    Hündürlüyü: 1.16 m:
    Kütləsi: 207 kq;
    Faydalı yükü: 63 kq;
    Mühərrikin tipi (İsrail versiyasında): 1×Limbach L 550;
    Gücü: 1×47 a.g;
    Maksimum sürəti: 198 km/s;
    Kreyser sürəti: 194 km/saat;
    Əməliyyat radiusu: 220 km;
    Uçuş müddəti: 12-14 saat;
    Praktik uçuş yüksəkliyi: 4575 m.

    Orlan-10

    “Orlan-10” pilotsuz uçuş aparatları Rusiyanın “Xüsusi Texnoloji Mərkəzi” MMC tərəfindən hazırlanıb, istehsalı isə 2010-cu ildən Sankt-Peterburqdakı zavodda həyata keçirilir. Bir sıra genişmiqyaslı təlimlərdə, o cümlədən “Qafqaz-2012”-də və ondan sonrakı təlimlərdə iştirak edən “Orlan-10” Rusiyanın Quru Qoşunlarında və Hava-Dəniz Qüvvələrində istismar edilir. 



    Təyinatı

    “Orlan-10” PUA-larına malik kompleks, çətin ərazilərdə obyektlərə nəzarət etməyə imkan verir. Axtarış və xilasetmə əməliyyatları üçün də istifadə edilə bilər. Pilotsuz vasitənin yüksək dayanıqlığı səbəbindən çətin hava şəraiti “Orlan-10” kompleksinin istifadəsinə ciddi maneə yaratmır. 

    Konstruksiyası 

    2011-ci ildən istismar ediən  “Orlan-10” PUA-sı hazırlananda modul tipli bir arxitekturadan istifadə edilib. Bu isə avadanlıqların tərkibini çox qısa zamanda dəyişdirməyə imkan verir. Sökülə bilən füzelyaj həll olunan tapşırıqlara uyğun gəlməklə PUA kompleksinin daşınma rahatlığını da təmin edir.
    Dronun qanad konsollarının içərisindəki əlavə həcm, faydalı yük avadanlığının korpusa yerləşdirilməsinə şərait yaradır. PUA porşenli mühərrikə malikdir. Onun 600 km-ə qədər fəaliyyət radiusuna malik olduğu iddia edilsədə, bu təkrarlayıcı retraslyator olmadan əlçatmaz hesab olunur. Kompleks Rusiya ordusu tərəfindən 2012-ci ilin sonunda silahlanmaya qəbul edilib. Bu günə qədər Rusiyada ümumilikdə 200-dən çox “Orlan-10” istehsal edilərək sifarişçiərə təhvil verilib.

    Təchizatı 

    “Orlan-10” PUA-sı “Canon EOS 500D”, “Canon EOS 50D” və “Canon EOS 5D” fotokameralarını, “Flir Foton 320”, “Flir Foton 640” və BHV-558 EX videokameralarını, “Controp” D-STAMP və U-STAMP girosabit kameralarını, “Flir Foton 320T”, “Flir Foton 640T” termal kameralarını, faydalı yüklərin hər birindən maksimum kütləni aşmamaq şərti ilə daşıya bilər.
    Göründüyü kimi bu avadanlıqların böyük əksəriyyəti idxal olunan avadanlıqlardır.
    Kompleksin üstün xüsusiyyətlərinə faydalı yükün və avadanlıqların qısa zamanda dəyişdirilməsi, parametrlərin (koordinatların, hündürlüyün, kadr nömrəsinin) qeydiyyatı ilə birlikdə video və foto çəkilişlərin təmin edilməsi, əlverişsiz hava şəraitində və məhdud ərazilərdə istifadə edilməsi, nəzarət-ölçmə cihazlarının qanad konsolları içərisində yerləşdirilməsi, generatorun mövcudluğunun bütün uçuş zamanı aktiv yüklərin istifadəsinə imkan verməsi, qalan PUA-lar üçün təkrarlayıcı olaraq istifadə edilməsi aid edilir.

    İmkanları

    Yerüstü idarəetmə stansiyası eyni vaxtda 4 vasitəni idarə etməyə imkan verir. Aparatlardan hər hansı biri idarəetmə siqnallarını daha uzaq bir PUA-ya ötürmək üçün təkrarlayıcı kimi istifadə edilə bilər.

    “Orlan-10” eyni anda bir neçə növ hədəf avadanlığı, fotoaparat və girosabit televiziya kamerası ilə təchiz edilə bilər. Bunlara foto və videokameralar, termal görüntü cihazı, görüntünü konsola ötürmək üçün radioötürücü və siqnal təkrarlayıcısı aiddir. Onlar eyni vaxtda quraşdırıla bilər. Siqnal təkrarlayıcı tövsiyə olunan məsafə xaricində olan bir neçə “Orlan”ın eyni vaxtda istifadəsi üçün faydaldır. Bu bazaya qayıtmadan və avadanlıqları dəyişdirmədən çoxsaylı vasitələrlə müşahidə aparmağa imkan verir.
     
    “Orlan-10” pilotsuz vasitəsinin maksimum qalxma kütləsi 18 kiloqrama qədərdir, bunun 5 kq-ı faydalı yük ola bilər. Qarışıq (metal və plastik) materiallardan hazırlanan PUA, ön mühərrik və çəkmə pərinə malik yüksək qanadlı dizayn əsasında hazırlanıb. 

    Pilotsuz vasitənin buraxılması sökülə bilən xüsusi katapultdan həyata keçirilir. İlkin sürətlənmədən sonra uçuş aşağı güclü benzin mühərriki hesabına baş verir (Aİ-95 yanacağı tövsiyə olunur). Uçuş sürəti taktiki ehtiyacdan asılı olaraq saatda 75 ilə 170 kilometr arasında dəyişə bilər. “Orlan-10” havada 18 saata qədər qala bilər, idarəetmə panelindən maksimum məsafə 180-200 kilometri keçməməlidir, əks halda dronun video avadanlığından siqnal almaq mümkün olmur. “Orlan”ın maksimum uçuş yüksəkliyi 5 kilometrdir.

    Tapşırıq başa çatdıqdan sonra enmə paraşütlə həyata keçirilir: operator cihazı göstərilən əraziyə aparır, sürətini azaldır və paraşütün açılması üçün komanda verir. Paraşütlə yanaşı, sərt enmə zamanı cihazın qorunmasını təmin edən daha iki sistem mövcuddur. Yerə toxunmadan əvvəl pnevmatik amortizator şişirilir və icazə verilən artıq yük “Orlan”ın struktur elementlərindən ayrılır. Nəticədə meydana gələn zədələr əhəmiyyətli dərəcədə azalır.

    Taktiki-Texniki Xüsusiyyətləri

    Qanad açılımı: 3.10 m;
    Uzunluğu: 1.80 m;
    Boş kütləsi: 12.50 kq;
    Maksimum qalxma kütləsi: 18 kq;
    Mühərrikin növü: porşenli daxili yanma;
    Kreyser sürəti: 100-150 km/saat;
    Praktik uçuş məsafəsi: 600 km;
    Fəaliyyət radiusu: 50-120 km;
    Uçuş müddəti: 10-18 saat;

    Nəticə

    Pilotsuz vasitələr Rusiya ordusunda 2015-ci ildən aktiv görünməyə başlayıb. Bunlar əsasən kəşfiyyat tipli vasitələrdir və havada bir-iki saat qala bilirlər. Rusiyada hələ də zərbə tipli PUA-nın hazırlanması barədə məlumatlara rast gəlinsə də onların silahlanmaya qəbulu barədə faktlar mövcud deyil.
    Rusiyada ABŞ, Türkiyə, Çin və İsrailin sahib olduğu zərbə PUA-larının hələ də olmadığı ehtimal edilir. 2007-ci ildən bu PUA-lar barədə bəyanatlar səslənsə də, real nəticə hələlik nəzərə çarpmır. Buna görə də Rusiya PUA sahəsində heç də lider ölkələrdən hesab edilmir. Xüsusilə də Gürcüstan, Liviya, Suriya və ikinci Qarabağ müharibələrində şimal qonşumuzun bu sahədə rəqiblərindən geri qaldığı da aşkar hiss olundu.

    Suriyada istifadə edilən Rusiya PUA-larının ümumi itkiləri tək 2015-ci ildə 35 ədəd olub. Onlardan 20 ədədi yalnız “Orlan-10” PUA-sı olub. 10-dan çox “Orlan-10” PUA-sını yalnız qəza nəticəsində itirilib. “Forpost” PUA-larının itkisi isə 2015-ci ildə Suriyada 2 ədəd, Ukraynada isə 5 ədəd olub.

    Ümumilikdə isə Rusiya bu iki PUA modelindən tək 2015-ci ildə 27 ədəd itirib. Nəzərə alsaq ki, bu yalnız mətbuata sızan məlumatlardır, o zaman “Orlan-10” və “Forpost” pilotsuz vasitələrinin döyüş imkanları və etibarlılığı ciddi suallar yaradır. Deməli istifadə etdilən rus istehsalı PUA-ları RTBMM heyətindən daha diqqətli və ehtiyatlı olmağı tələb edir.

    Rusiya həm PUA qəzalarından, həm də Suriya, Liviya və Qarabağdakı döyüş əməliyyatlarından sonra əhəmiyyətli nəticələr çıxarmağa məcburdur. Yerli zərbə PUA-larının bu günə qədər mövcud olmaması Rusiyanın nüfuzuna da xələl gətirir. Kəşfiyyat vasitələri sahəsində bir çox sistemlərə malik olduğunu iddia edən Rusiyanın Qarabağda həm də 30 il əvvəlki İsrail PUA-sı bazasında hazırlanan aparatdan istifadə etməsi, zərbə vasitələri ilə bərabər kəşfiyyat dronları sahəsində də Moskvanın ciddi sıxıntılıarı olduğunu göstərir.

    Rusiyanın Siriyada, Liviyada, Ukraynanın şərqində, Gürcüstanın Abxaziya bölgəsində, Ermənistan ərazisində və s. əsasən İsrail lisenziyası olan “Forpost”PUA-lardan istifadə etməsi də əvvəlki iddianı yenidən sübut edir. Bu isə bir daha Rusiyanın yerli istehsal vasitələrinin texniki imkanları barədə səsləndirdiyi rəsmi məlumatları şübhə altına alır. Maraqlıdır ki, Rusiya son illərdə bu sahədə ciddi bir inkişaf konsepsiyası da ortaya çıxara bilmir.

    Rusiya Qarabağ müharibəsində zərbə PUA-larının kütləvi fəaliyyətini müşahidə etdikdən sonra müasir ordunun pilotsuz vasitələr olmadan nailiyyət əldə etməsinin mümkün olmadığını yəqin ki, gec də olsa, artıq anlayıb. Rusiya kəşfiyyat PUA-ları hər gün 24 saat havada müşahidə aparması, kifayət qəər aktiv istifadə olunama səbəbindən, yeni olmayan aparatların resursları daha erkən bitməsi ilə nəticələnəcək. Belə olan halda yaxın gələcəkdə Türkiyə PUA-larının Qarabağda görünməsi ehtimalı getdikcə artır. Bəlkə də həmin PUA-lar artıq Qarabağdadır. Lakin bunu təsdiqləyən rəsmi məlumatlara və ya vizual görüntülərə  hələlik rast gəlinmədiyi üçün bunu iddia etmək doğru olmaz.  

    Türkiyə PUA-larının son 5 ildə döyüş meydanlarında qazandığı uğurlar nəticəsində Ankara beynəlxalq silah bazarında qabaqcıl hərbi texnologiyalara malik bir ölkə kimi özünü artıq təsdiq edib. Bütün dünya ictimaiyyəti etibarlı və davamlı Türkiyə PUA-larına tələbatın yüksək olduğunu yazdığı bir vaxtda, vətəndaşlarımızın Qarabağ səmasında təhlükəli və etibarsız Rusiya PUA-ları əvəzinə, qardaş Türkiyənin pilotsuz vasitələrini görmək istəyi də təbii olaraq qəbul edilməlidir. Digər tərəfdən isə birgə monitorinq mərkəzində “hər iki tərəf bərabər resurslara malik olmalıdır” prinsipi də bunu tələb edir.
     
    Ədalət Verdiyev,
    Hərbi ekspert

    Oxunub: 306
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.