Nigeriyada silahlıların hücumu nəticəsində 3 gündə 42 nəfər öldürülüb
“TRT Haber”xəbər verir ki, bu barədə ölkənin Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan bildirib.
Onun sözlərinə görə, naməlum silahlılar əyalətin Zanqon Kataf və Kurmin Qandu kəndlərinə hücum ediblər.
Komissar deyib ki, hücum nəticəsində 10 ev və 2 motosiklet yandırılıb. Bölgə sakinləri qorxudan yaşadıqları evləri tərk ediblər.