Nigeriyada "Boko Haram" silahlıları şəhərə hücüm edərək 15 nəfəri qətlə yetirib

Onun sözlərinə görə, silahlılarla atışmada təhlükəsizlik xidmətinin və könüllülərin 8 döyüşçüsü, habelə 7 dinc sakin həlak olub. Silahlılar Maqumeriyə 11 avtomobildə soxulublar. Şahidlər bildirib ki, terrorçular iri kalibrli pulemyotlardan istifadə ediblər. Nigeriya hakimiyyəti hələ bu hadisə haqqında informasiya yaymayıb. "Boko Haram" təşkilatı Nigeriyanın şimalında 2002-ci ildə yaradılıb. Qruplaşmanın bazası Mayduquri şəhəri hesab edilir. Təşkilat ölkədə hakimiyyəti ələ keçirməyi qarşısında məqsəd qoyub. BMT-nin məlumatına görə, "Boko Haram" son 10 ildə Nigeriyada 35 min insanı qətlə yetirib.
Oxunub: 487
Xəbəri paylaş
Paylaş: