İranda təyyarə qaçırmağa cəhd edilib
İranda sərnişin təyyarəsinin qaçırılmasının qarşısı alınıb.
"Associated Press” xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı yayıb.
Bildirilib ki, hadisə martın 4-də axşam saatlarında baş verib. Əhvazdan Məşhədə uçan "İran Air” şirkətinə məxsus təyyarənin qaçırılmasına cəhd edilib. Nəticədə təyyarə İsfahan şəhərindəki hava imanına endirilib.
Təyyarəni qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxunub: 326
Xəbəri paylaş
Paylaş: