İçərisində 110 nəfərin olduğu İran təyyarəsi qəzaya düşdü

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.
Globall.az "Mehr" agentliyinə istinadən məlumat verir ki, “İran Air” aviaşirkətinə aid təyyarə Kirmanşah şəhərində aeroporta enərkən uçuş-eniş zolağından çıxıb.
Məlumata görə,hadisə nəticəsində zərər çəkən olmayıb.
Təyyarədə həmin vaxt 102 sərnişin və səkkiz heyət üzvü olub.
Qəzaya səbəb kimi təyyarənin ön şassisində problem olması göstərilib.
Oxunub: 540
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
	
	
	



















