Tramp respublikaçılara onun adından istifadə etməyi qadağan etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının böyük təşkilatlarına onun adından istifadə edərək vəsait toplamağı qadağan edib.
Bu barədə “Politico” nəşri keçmiş Amerika liderinin müşavirinə istinadən yazıb.
Nəşrə görə, Trampın vəkilləri artıq müvafiq məktubları Respublikaçılar Partiyasının Milli komitəsinə, həmçinin partiyanın nümayəndələr palatasına və senatın seçkilər üzrə komitəsinə göndərib.
Müşavir Trampın hələ də Respublikaçıların tərəfdarı olduğunu açıqlayıb.
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: