Ermənistan prezidenti Paşinyanı müxalifətlə görüşə dəvət etdi
Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanı, parlament fraksiyalarının liderlərini və müxalifətçi "Vətənin xilası uğrunda hərəkat" Birliyinin nümayəndələrini martın 13-də daxili siyasi böhrandan çıxış yollarını müzakirə etmək üçün görüş keçirməyə dəvət edib. Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin aparatından məlumat verilib.
"Dövlət və ümummilli maraqları rəhbər tutaraq, yaranmış vəziyyəti müzakirə etmək və böhrandan çıxış yollarını tapmaq məqsədi ilə martın 13-də saat 12:00 - da baş naziri, parlament fraksiyalarının liderlərini və" Vətənin xilası Hərəkatı" nın nümayəndələrini prezident iqamətgahında görüşməyə dəvət edirəm", - deyə Sarkisyanın bəyanatında bildirilib.