Putin 2020-ni “ən pis il” adlandırdı
2020-ci il pandemiya səbəbindən İkinci Dünya müharibəsindən sonra dünya iqtisadiyyatı üçün ən pis il oldu.
Yerli KİV bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Keçən ilin ikinci Dünya müharibəsinin sonundan bəri qlobal iqtisadiyyat üçün ən çətin il olduğunu qeyd etmək istərdim", - Putin bildirib.
O əlavə edib ki, 2020-ci ildə planetin ÜDM-i 3,5 faiz azalıb.
“Səbəblər obyektivdir. Bu, ilk növbədə, epidemioloji vəziyyət, işin aparılmasına, ümumiyyətlə iqtisadi dinamikaya mənfi təsir göstərən məcburi məhdudiyyətlərin tətbiqindən irəli gəlir".
Rusiya lideri xatırladıb ki, genişmiqyaslı böhran dövlətlərdən qeyri-adi qərarlar tələb edib.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: