Ukraynada Krımla bağlı strategiya qəbul edildi:
"3 yol var..."- XİN
Ukrayna “Krımın Xilası və Yenidən İnteqrasiyası Strategiyası”nı qəbul edib.
Turkustan xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Dmitro Kuleba bildirib.Tvitter hesabında paylaşım edən nazir vurğulayıb ki, dünyaya yalnız Krımın geri qaytarılması üçün yardım çağırışı olunmur, eyni zamanda Ukrayna (dövlət başçısı Vladimir) Zelenskinin rəhbərliyində öz sistematik təşəbbüslərini də gerçəkləşdirir: “Krımın geri qaytarılması üçün 3 addım var. Birincisi bu gün təsdiq olunan Strategiya, ikincisi Sağlamlaşdırma – Krım Platformasındakı partnyorlarla ortaq cəhdlər, üçüncüsü isə Sinerji – Krımda beynəlxalq hüququn və Ukraynanın ərazi bütövlüyünün yenidən təminidir”.
Oxunub: 400
Xəbəri paylaş
Paylaş: