Əfqanıstanda polis idarəsinə qarşı terror aktı: 8 ölü, 53 yaralı - FOTO

“Anadolu” agentliyi xəbər verir ki, vilayət rəhbəri Sayed Vahid Katali mətbuata verdiyi açıqlamada terrorçuların polis bölməsini hədəf aldıqlarını bildirib.
Herat dövlət xəstəxanasından xəbər verilib ki, hücumda mülki şəxslər da daxil olmaqla 8 nəfər həyatını itirib, 53 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.
Partlayış nəticəsində ətrafdakı bir çox evə ziyan dəyib.
Terror aktına görə məsuliyyəti heç kim boynuna götürməsə də, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen hadisədə “Talibanı” günahlandırıb.
Digər tərəfdən, Qətərin paytaxtı Dohada Əfqanıstan və “Taliban” arasında illərdir davam edən şiddətə son qoymaq üçün sülh danışıqlarının ikinci mərhələsi davam edir.

Oxunub: 251
Xəbəri paylaş
Paylaş: