Gürcüstanda peyvəndləmə başladı: Qadağalar ləğv olundu

Bu gündən Gürcüstanda da koronavirusa qarşı peyvəndləmə prosesinə start verilir.
Yerli media xəbər verir ki, ölkədə peyvənd könüllü olacaq. İlk mərhələdə risk qrupu olan tibb işçiləri peyvənd olunacaqlar.
Rəsmi məlumata görə, paytaxt Tbilisi və 29 regional tibb müəssisəsində peyvəndləmə aparılır. Daha sonra məntəqələrin sayı artırılacaq.
Gürcüstanda həmçinin paralel olaraq bir sıra məhdudiyyətlər də ləğv edilib. Əyani tədris prosesi başlayıb, idman zalları açılıb.
İctimai nəqliyyatın həftəsəonu hərəkəti isə bir müddət əvvəl bərpa olunub.
Oxunub: 114
Xəbəri paylaş
Paylaş: