Peyvənddən bir ölkədə 8 nəfər ölüb

Britaniya və İsveçin birgə istehsalı olan “AstraZeneca” peyvəndi ilə bağlı naharahtlıq yaradacaq xəbərlər artır. Belə ki, İtaliyada koronavirusa qarşı peyvəndi vurulduqdan sonra səkkiz nəfər ölüb.
Bu barədə “la Rebubblica” qəzeti İtaliyanın Dərman Preparatları Agentliyinin baş direktoru Nikola Maqriniyə istinadən yazıb.
Nəşr bildirib ki, peyvənd vurulan daha dörd nəfərdə ağırlaşm qeydə alınıb: “Ancaq vətəndaşlar “AstraZeneca” peyvəndindən ehtiyat etməməli, sadəcə özlərində simptomlar müşahidə etdikdə dərhal həkimə müraciət etməlidilər”.
Xatırladaq ki, bir sıra ölkələr artıq sözügedən peyvənddən ya tam imtina edib, ya da istifadəsi müvəqqəti dayandırılıb.
Azərbaycana da bu peyvəndin yaxın 180 gün ərzində gətirilməsi ilə bağlı müqavilə imzalanıb.
Oxunub: 357
Xəbəri paylaş
Paylaş: