Türkiyədə yoluxma və ölü sayı yenidən artdı

Türkiyədə son sutka ərzində 71 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saatda 16 749 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların ümumi sayı 2 911 642, pandemiya qurbanlarının sayı isə 29 623 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 734 862 pasiyent sağalaraq evə buraxılıb.

Oxunub: 266
Xəbəri paylaş
Paylaş: