Ermənistanda daha 189 nəfərdə koronavirus aşkarlandı -
Yoluxanların sayı 4472 nəfərə, ölənlərin sayı 60-a çatıb
Ermənistanda son sutka ərzində daha 189 yeni yoluxma halı qeydə alınıb və koronavirusa yoluxanların ümumi sayı 4472 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytı məlumat yayıb.
Bildirilir ki, son 24 saatda Ermənistanda daha beş nəfər koronavirusdan ölüb və
pandemiya qurbanlarının sayı 60-a yüksəlib.
Məlumatda o da qeyd olunur ki, indiyədək 1925 xəstə sağalaraq evə buraxılıb.
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: