"Rəngli inqilablar" ustası Sorosun 11 adamı yaxalandı - hesablarına həbs qoyuldu...

Myanmada milyarder maliyyəçi, "rəngli" inqilablar ustası Corc Soros tərəfindən qurulmuş “Açıq Cəmiyyət” Vəqfinin yerli şöbəsindən 11 məmur nəzarətə alınıb və təşkilatın bank hesablarına həbs qoyulub. Fond əməkdaşları ölkənin hərbi rəhbərliklərinə qarşı etiraz hərəkatının qanunsuz maliyyələşdirilməsində ittiham olunurlar.
Bu haqda “Kommersant” nəşri xəbər verir.
Hakimiyyət fondun nümayəndələrini fevral ayının əvvəlində qanunsuz olaraq 1,4 milyon dollar vəsaiti nağdlaşdırmaqda günahlandırıb. Məhz bundan sonra ölkədə hərbi xuntaya qarşı etirazlar və tətillər başlayıb. Mart ayının əvvəlinə qədər ölkənin dövlət qulluqçularının 70% -i tətilə qatılıb.
Fond eyni zamanda ölkənin Mərkəzi Bankından icazə almadan banklardan birindəki hesaba 5 milyon dollar yatırmaqda və digər maliyyə cinayətlərdə günahlandırılır.
Xatırladaq ki, Myanmada çevriliş fevralın 1-də baş verib. Hakimiyyəti ələ keçirən hərbçilər Myanmanın dövlət müşaviri Aun San Su Çjini 11 kq qızıl və 600 min dolları rüşvət kimi almaqda günahlandırırlar.
Hüquq müdafiəçiləri ordunun hakimiyyətə gəlişindən və etirazlara başlandığı gündən bəri ən azı 126 etirazçının öldürüldüyünü təxmin edirlər. Myanmada internet mütəmadi olaraq kəsilir və ölkənin ən böyük şəhəri olan Yanqonun bir neçə rayonu və ətrafında hərbi vəziyyət tətbiq olunur.
Oxunub: 375
Xəbəri paylaş
Paylaş: