Ermənistan hərbçiləri NATO-nun təlimlərində iştirak etməyəcək
“Ermənistan hərbçiləri NATO-nun “Defender Europe 2021” adlı təlimlərində iştirak etməyəcəklər”.
Bunu ölkənin Müdafiə Nazirliyinin müdafiə siyasəti üzrə idarəsinin rəisi Levon Ayvazyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.
O, erməni hərbçilərin NATO-nun təlimlərində iştirak edəcəyi barədə yerli KİV-də yayılan məlumatları təkzib edib. Nazirlik rəsmisi söyləyib ki, bütün bunlar şayiə və dezinformasiyadır.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın hərbi jurnalisiti Aleksandr Xarçenko Ermənistan hərbçilərinin NATO-nun "Defender Europe 2021" təlimlərində iştirak edəcəyini açıqlamışdı.
Həmin təlimlərdə ABŞ qoşunlarının Rusiya sərhədlərinə yerləşdirilməsi tapşırğı yerinə yetiriləcək.
Oxunub: 393
Xəbəri paylaş
Paylaş: