Ukrayna və ABŞ arasında danışıq:
"Ukrayna NATO-nun təlimlərində bundan sonra da iştirak edəcək"
Ukrayna müdafiə naziri Andrey Taran ilə ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı baş tutub.
Bu məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu Ukraynanın NATO-nun genişlənmiş imkanları olan tərəfdaşı kimi statusunun reallaşması istiqamətində praktiki addımların atılması olub.
Telefon danışığı zamanı Taran həmçinin bundan sonra da Ukraynanın NATO-nun bütün təlimlərində iştirak edəcəyini bildirib.
Oxunub: 456
Xəbəri paylaş
Paylaş: