“Bu, ABŞ prezidentinin çox pis fikirləridir”-
Baydenin bəyanatına Kremlin reaksiyası
Bu ərəfədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezdenti Co Baydenin Rusiya prezidenti Vladimir Putin barəsində misli görünməmiş təhqiramiz fikirlər səsləndirməsini Kremldə «çox pis» adlandırıblar.
Bu barədə martın 18-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə xəbər verib.
«Mən, buna reaksiya verərkən uzun danışmaq istəməzdim. Yalnız onu deyəcəm ki, bu, ABŞ prezdentinin çox pis fikirləridir» - «Kremldə Ağ Ev sahibinin bəyanatı necə qəbul olundu?» sualına cavab verərkən, Peskov deyib.
Peskovun qeyd etdiyi kimi, Bayden birmənalı olaraq, Rusiya ilə münasibət qurmağı planlaşdırmır. «Biz də bundan sonra məhz bu mövqedən çıxış edəcəyik» - Kremlin spikeri bildirib.
«Bizim ABŞ-a yanaşmamız qarşıdakı dövrdə analiz ediləcək, o cümlədən bizim Vaşintondakı səfirimizlə mələhətləşmələrin gedişində. O, Moskvaya dəvət olunub» - Peskov izah edib.
Xəbər verildiyi kimi, bu ərəfədə Co Bayden «ABC» teleşirkətinə müsahibəsində bəyan edib ki, Vladimir Putin qatildir (killer) və hər şeyə görə, cavab verəcək.