Tağı Əhmədov rüşvət aldığını etiraf etdi
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov SPACE TV-nin “Sadə həqiqətlər” verilişində rüşvət aldığını açıq etiraf edib.
Belə ki, gəlirləri və qazancı ilə bağlı sualı cavablandıran sabiq məmur, sadəlövhcəsinə deyib ki, dövlətdən heç vaxt pul oğurlamayıb, hər şeyi ancaq öz ağlı ilə qazanıb: “Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur...".
Tağı Əhmədov bununla, faktiki olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadəyə və korrupsiyaya yol verdiyini etiraf edib, amma əldə etdiklərini "öz ağlının nəticəsi" kimi qələmə verib.
Görünür, söbbət metronun “Sahil” stansiyasının üstündə yerləşən 21 mərtəbəli binadan gedir. Yeri gəlmişkən, həmin binada Tağı Əhmədovun da mənzili var.
Onu da qeyd etməyə dəyər ki, metro stansiyalarının üstündə çoxmərtəbəli binaların tikintisi yolverilməzdir və şəhərsalma standartlarının pozulmasıdır.