Serj Sarqsyanın əmlakına qoyulmuş həbs qərarı qüvvədə saxlanıldı
“Sputnik Armeniya” xəbər verir ki, bu barədə hakim Vaqe Misakyan məlumat verib.
Bir müddət əvvəl Sarqsyanın vəkili Ruben Akopyan bildirmişdi ki, müstəntiq Serj Sarqsyanın ümumi dəyəri 1 milyon 18 min 790 ABŞ dollar olan daşınan və daşınmaz əmlakının, maliyyə resurslarının, aksiya və qiymətli kağızlarının həbsinə nail olub.
Serj Sarqsyana qarşı cinayət işi 2019-cu ildə başlayıb. İstintaqa əsasən, Sarqsyanın 2013-cü ildə etdiyi himayədarlıq nəticəsində “Fleş” adlı şirkət tenderin qalibi olub. Bunun nəticəsində dövlətə 1 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Sarqsyanın dilindən yaşyış yerini tərk etməmək barədə iltizam alınıb.
Vəkil Ruben Akopyan keçmiş prezidentin sadalanan əmlakına qoyulan həbsin götürülməsi ilə bağlı vəsatət qaldırmışdı.