Sarqsyanın qardaşı oğlu Çexiyadan Ermənistana ekstradisiya olundu

Bu barədə hayların Aysor.am saytı Ermənistan polisinin mətbuat xidmətinə istinadən informasiya yayıb.
Proses rəsmi Praqanın erməni tərəfinin qanunsuz silah saxlamaqda və narkotik vasitələrin dövriyyəsində ittiham olunan Narek Sarqsyanın ekstradisiyası barədə tələbini təmin etməsi nəticəsində gerçəkləşib.
Xatırladaq ki, dekabrın 7-də Çexiyanın paytaxtında saxlanılan N.Sarqsyanın Qvatemala vətəndaşı kimi ölkəyə daxil olduğu və özünü Franklin Qonsales adı ilə təqdim etdiyi bildirilib.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: