Türkiyədə də koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə son sutka ərzində 95 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda həm də 21 061 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların ümumi sayı 2 992 694, pandemiya qurbanlarının sayı isə 29 959 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 807 572 pasiyent sağalaraq evə buraxılıb.
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: