Prezidentin ofisinə basqın...- Ukraynada ara qarışdı
Etirazçılar Sternenkonun sərbəst buraxılmasını tələb ediblər.
Minlərlə nümayişçi prezident ofisinin divarlarını boyayıb, polisə fişəng və səs bombaları atıblar. Etirazçılar binaya girməyə cəhd ediblər.
Polis binanın qapı və pəncərələrini zədələyən nümayişçilərə müdaxilə etmək məcburiyyətində qalıb.
Keçmiş millət vəkilini oğurlamaqda ittiham olunan Sternenko məhkəmə tərəfindən 7 il həbs cəzasına məhkum edilib.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: