ABŞ və Kanada HHQ birgə təlimlərə başlayıb -
Arktikada
Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada hərbi-hava qüvvələri (HHQ) Arktikada hava hücumundan müdafiə üzrə birgə təlimlərə başlayıblar.
Bu barədə Şimali Amerika aerokosmik müdafiə komandanlığı (NORAD) «Tvitter»də xəbər verib.
«Hava hücumundan müdafiə üzrə Arktika təlimləri (NORAD) bu gün (martın 20-si) başlayır və martın 26-na qədər davam edəcək» - xəbərdə deyilir.
Bundan əvvəl NORAD-da dəqiqləşdiriblər ki, «Amalgam Dart» kod adı altında təlimlər Kanadanın arktik rayonları üzərində keçiriləcək. Onlarda Uaytxorse (Kanadanın ərazsi - Yukon) aviabazasında fəaliyyət göstərən müxtəlif hərbi təyyarələr iştirak edəcək.
Təlimlərin məqsədi isə Kanada və ABŞ HHQ-nin Arktikada öz müttəfiqləri və həmkarları ilə birgə fəaliyyət göstərdiyi şəraitdə döyüş vərdişlərini məşq etməkdən ibarət olacaq.
ABŞ və Kanada 12 may 1958-ci ildə NORAD-ın yaradılması barədə müqavilə imzalayıb. Sənədin başlıca məqsədi ballistik raketlərin buraxılmasından əvvəl xəbərdarlıq və hər iki ölkənin hava məkanına daxil olan təyyarə və qanadlı raketlərdən müdafiə olunmaqdan ibarətdir.
NORAD sistemləri (RLS və peyklər) gün ərzində fasiləsiz olaraq Şimali Amerikanın hava və kosmik məkanı üzərində müşahidə aparır. Bu fəaliyyətə komandanlıq isə ABŞ prezidenti və Kanadanın Baş naziri tərəfindən birgə təyin olunur.