Səudiyyə Ərəbistanına irimiqyaslı hücum -
Şəhərlər bombalandı
Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanına irimiqyaslı hücumlar təşkil etdiklərini açıqlayıblar.
Məlumata görə, pilotsuz uçuş aparatları və raketlərlə təşkil edilən hücumlar zamanı Dammam şəhərindəki neft terminalı, Kral Xalid hava bazası, Yənbu limanı, Cizan, Asir və Nəcran şəhərlərindki obyektlər hədəfə alınıb. Hücumlar zamanı 18 pilotsuz uçuş aparatından və 8 ballistik raketdən istifadə edilib. Krallıq hücumların təşkil edildiyini təsdiq edib.
Açıqlamaya görə, mərmilərdən bəziləri boş əraziyə, bir raket isə yaşayış məntəqəsinə düşüb. Tələfat barədə açıqlama verilmir. Pilotsuz uçuş aparatlarının havada məhv edilyi açıqlanıb.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: