Qiyamçılar Səudiyyə Ərəbistanında neft terminalını raket atəşinə tutub
Yəməndə İranın dəstəklədiyi husi qiyamçıları Səudiyyə Ərəbistanının Cizan şəhərindəki neft terminalına raketlə hücum ediblər.
Report xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində terminaldakı çənlərdən birində yanğın baş verib. Ölən, xəsarət alan və dağıntılar barədə xəbər yoxdur.
Rəsmi Ər-Riyad və Vaşinqton husilərin hücumunu pisləyib.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş: