Gürcüstanda 75 nəfər COVID-19-un mutasiyaya uğramış ştammına yoluxub
Gürcüstanda koronavirusun mutasiya etmiş ştammına 75 yoluxma halı təsdiqlənib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, faktların 16-sı Britaniya ştammına aiddir.
A.Qamkrelidze Gürcüstanda Cənubi Afrika və Braziliya ştammlarına yoluxmalara rast gəlinmədiyini qeyd edib.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: