Gürcüstanda bir gündə 200-dən çox tibb işçisi koronavirusa yoluxub
Gürcüstanda tibbi heyət arasında koronavirusa yoluxma halları artmaqda davam edir.
“Report” bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlama verib.
Onun sözlərinə görə, son sutkada daha 209 tibb işçisində COVID-19 aşkarlanıb: “Tibbi heyət arasında yoluxma göstəricisi 6%-dən yüksək deyil”.
Oxunub: 370
Xəbəri paylaş
Paylaş: